Verilişdə keçmiş sevgilisi ilə üz-üzə gəldi - Video

verilisde-kecmis-sevgilisi-ile-uz-uze-geldi
Oxunma sayı: 9637

Müğənni Ebru Gündeş “O Səs Türkiyə”də keçmiş sevgilisi ilə qarşılaşıb.

“Qafqazinfo” “CNN TÜRK”ə istinadən xəbər verir ki, veriliş hər il olduğu kimi, bu il də Yeni ilə özəl proqramla ekranlara gəlib.

Belə ki, yarışmada iştirak edən şəxslərdən biri də müğənninin keçmiş sevgilisi aktyor Kerem Alışık olub. Qonaq qismində səhnəyə çıxan Kerem Alışık “Getmə, ağlım seninle” mahnısını ifa edib. Münsiflər kürsüsündə əyləşən Ebru Gündeşin ifa zamanı dərhal ona doğru çevrilməsi və ikisinin göz-gözə gəlməsi tamaşaçıların diqqətindən yayınmayıb.

Kerem Alışık münsiflər heyəti arasında keçmiş sevgilisi Gündeşi seçib.

Xatırladaq ki, 1995-ci ildə “Fırtınalar” serialında birgə rol alan Ebru Gündeş və Kerem Alışıkın dostluğu bir müddətdən sonra eşq macərasına çevirilib.