Vətəndaş cəmiyyətinin dinozavrları – III sektorun iç üzü

vetendas-cemiyyetinin-dinozavrlari-iii-sektorun-ic-uzu-
Oxunma sayı: 1112





“Üçüncü sektor”, “vətəndaş cəmiyyəti”, “QHT”- biz bu gurultulu və
yüksək dəbli sözlərlə demək olar ki, bu yaxınlarda – SSRİ-nin
süqutundan sonra tanış olmuşuq.

Xatırlayıram, şüurlu vətəndaşlar necə sadəlövhlüklə qeyri-hökumət
təşkilatlarına ümid bəsləyirdilər. Çoxlarına elə gəlirdi ki, bu
təşkilatlar ölkədə demokratik və inteqrasiya proseslərində katalizator
olacaq. Üçüncü sektorda “demokratiya üçün çatışmayan düstur”u,
“əhalinin müxtəlif qruplarını birləşdirən körpü”nü və “vətəndaşların
həmrəyliyi bazası”nı görürdülər. Lakin çox tezliklə biz başa düşdük
ki, bütün bu körpülər, bazalar və düsturlar nənəmizin nağıllarından
başqa bir şey deyil. Bütün bu illər ərzində Azərbaycanda çoxlu sayda
QHT-lər yaradılmışdı, hansı ki, onların böyük əksəriyyəti çirkli
pulların yuyulması, sosial biznes üçün sərmayə və böyük həcmli
qrantların yeyilməsi üçün adi bir alətə çevrilmişdi.

Dərhal qabaqcadan deyim ki, heç bir halda qeyri-hökumət təşkilatlarına
(QHT) qarşı deyiləm. Onların hətta hörmətə belə olmasa, heç olmasa
anlayışa layiq olan kifayət qədər aydın, dəqiq mövqeləri var. Onlar öz
fəaliyyətlərində şəffaflığı və demokratiyanı təqlid edərək
"müstəqillik" maskası altında gizlənmirlər. Kimlər ki, bu gün QHT-ləri
parodiya, imitasiya, surroqat kimi mənfi sözlərlə çağırılar – özləri
fırıldaqçı və dələduzdurlar. Bunu QHT mühitində səhnəarxası
fırıldaqlardan məlumatlandırılmış insan kimi deyirəm. Bizim
dermokratik, QHT tusovkamız hər künc-bucaqda hökumətin korrupsiyası,
seçkilərin saxtalaşdırılması, insan hüquqlarının pozulması və söz
azadlığının məhdudlaşdırılması ilə bağlı məlumat verir, baxmayaraq ki,
mövcudluğunu davam etdirmək və qrantları yemək üçün bütün bu
neqativlər onun üçün həyati əhəmiyyət daşıyır.

Bizim QHT-lər siyasi sistemin liberallaşmasında, hakimiyyətin
demokratik islahatlar aparmasında və ərazi münaqişələrinin həllində
qətiyyən maraqlı deyil. Hakimiyyətin avtoritarlığı və həll olunmayan
problemlər sayəsində onlar donorlardan yüz minlərlə yaşıl əskinaslar
ələ keçirə bilərlər. Bizim QHT-lərə problemlər hava və su kimi
lazımdır və əgər bunlar olmasa onları yemlə bəsləyənlərdən məhrum
olacaqlar və hətta hakimiyyəti devirməyə belə girişəcəklər. Onlar
müxalifətin bu neçə illər ərzində edə bilmədiklərini edə biləcəklər.
Əgər ölkədə hər şey yağ kimi getsə ilk olaraq QHT-lər “Avtoritarizm
istəyirik” və “Bizə korrupsiya verin” şüarları ilə ayağa qalxacaqlar.
Bizim QHT-lərə həbslər, siyasi məhbuslar, Qarabağ münaqişəsi, əmlakın
qanunsuz mənimsənilməsi, hər cür hüquq və azadlıqların sıxışdırması
lazımdır. Ən pisi isə odur ki, bu alçaqlara görə, qrantların alınması
və yeyilməsinə heç bir aidiyyatı olmayan insanları “qrantyeyənlər”
adlandırılar.

Hər bir jurnalist, yazıçı, mədəniyyət xadimi cəmiyyətdə populyar
olmayan bir söz deyəndə həmin andaca ona “qrantyeyən” damğası vurulur,
əsl qrantyeyənlər isə həmin vaxt siçan kimi öz ofislərində oturaraq
hamımıza gülürlər. Qrantların yeyilməsində xüsusilə “Media
kapitanları” uğur qazandılar. Şübhəli keçmişləri olan bu fırıldaqçılar
yığını bununla da heç kimin görmədiyi və haqqında heç nə eşitmədiyi
layihələrə görə yüzminlərlə qrantlar alırlar.

Kapitanları Bakıda tapmaq çətin işdir. Onlar öz həyat yoldaşları,
uşaqları, bəziləri isə məşuqələri ilə birlikdə dünyanı səyahət
edirlər, guya furşet seminarlarda yerli KİV-in problemlərini
işıqlandırırlar. Qərb donorlarından yüz minlərlə dollar çəkərək
vaxtaşırı mənasız qəzetlər açır və gözlənilmədən onları bağlayırlar.
QHT xuliqanlarından başqa heç kimin iştirak etmədiyi banketlər,
görüşlər, seminarlar keçirirlər. Məhz bu insanlar bizim mətbuatı
xaricdə təqdim edirlər, bizim adımızdan danışırlar, lakin heç kim, heç
vaxt onları bizim yanımızda görməyib.
Ən iri və nüfuzlu qərb təşkilatlarının nümayəndəliklərini zəbt etmiş
vəhhabilər tərəfindən təsdiqlənən bu layihələrdən hansı effektivlik,
şəffaflıq və demokratiya gözləmək olar?

Bu gün Azərbaycanda banan və yumurta monopoliyasından danışmaq
dəbdədir. Bəs QHT dinozavrları tərəfindən inhisara alınan vətəndaş
cəmiyyəti haqqında kim danışır? Gender, Qarabağ münaqişəsi, insan
hüquqları, söz azadlığı və seçkilər bu gün Azərbaycan QHT-lərinin sərt
inhisarçılığı altındadır. Bu yemə yadlar yaxın buraxılmırlar. QHT-lər
bütün aktiv vətəndaşları potensial rəqib olaraq görürlər və hər vasitə
ilə bu insanları əzməyə, qaralamağa, böhtan atmağa çalışırlar. Onlar
cəmiyyət üçün nə isə faydalı bir şey etmək istəyən dürüst vətəndaşlar
tərəfindən yazılan layihələri bloklayır, oğurlayır yaxud görünüşünü
dəyişdirirlər. Onları layihələrin müəlliflik hüququndan və müvafiq
qrantdan imtina etməyə və onsuz da həmin QHT-nin əməkdaşı olan
“koordinator” tərəfindən veriləcək maaşa razılaşmağa razı salırlar.
Hüquq müdafiəçiləri, genderçilər, sülh yaradanlar, ekzitpolçular,
seçki müşahidəçiləri və digər fırıldaqçıların “Vətəndaş cəmiyyəti”
adlı bir böyük MAFİYA-sı var. Bu insanlar sayəsində “Vətəndaş
cəmiyyəti” anlayışının özü urfatdan düşdü. Bu gün eşidilən bu söz
birləşməsi uğursuz zarafat kimi səslənir. QHT-nin bağlı qapılar
arxasındakı furşetli tusovkalarının, xarici səyahətlər və “səs-küylü”
layihələrinin vətəndaş cəmiyyətlərinin qurulması və kütlələrə
demokratik dəyərlərin tətbiqi ilə heç bir əlaqəsi yoxdur. QHT-lər
korrupsiyaya hakimiyyətin özündən daha çox bulaşıblar. Bu mafiyanın öz
qanunları, ayinləri, anlayışları, bossları, kapoları, konsilyerləri
olur...

Bu gün demokratik proseslərin avanqardı, Qərb, liberal dəyərlərin
bələdçisi yazıçı və jurnalistlərdir. Məhz onlar demokratik islahatlar
üçün zəmin yaradır, vətəndaş cəmiyyəti yaradır və bütün bunları xarici
donorların yardımı və dəstəyi olmadan edirlər.

Paradoks bundan ibarətdir! İnsanlar güclə çörək tapdıqları halda,
pulları Qərb dəyərlərini vecinə almayan qrantyeyənlər alır.

Yaşıl kupyurlar onlara çatır, amma Qərbin dəyərlərini təbliğ etmək
jurnalist və yazıçıların üzərinə düşür. Azərbaycanda “üçüncü sektor”un
bütün bu illər ərzində mövcudluğu ərzində milyonlar yuyuldu, yüz
milyonlarla dollarlar.

Bəs nəticə haradadır? Küçəyə çıxın və əhali arasında sorğu aparın.
İnsanlardan soruşun “QHT nə deməkdir?” və fikir verin sorğuda iştirak
edənlərin neçə faizi suala doğru cavab verəcək.

Bəs qrantlar hara yoxa çıxdı? Sizin fəaliyyətinizin nəticəsi
haradadır? Hanı sizin özünütəsdiqiniz? Yoxsa yenə hər şeyi
hakimiyyətin üstünə atacağıq?

Əli Əkbər

Yazı ruscadan tərcümə olunub