Vəziyyət niderlandcadır... - Fotolar

veziyyet-niderlandcadir
Oxunma sayı: 1424

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubuna 2:4 hesabı ilə məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, bu nəticə ilə Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb.

Qeyd edək ki, “Qarabağ”ın turnir cədvəlində 7 xalı var.

Əməkdaşımız Xəyal Vəlizadənin matçdan lentə aldığı maraqlı fotoları təqdim edirik: