“Vidadi Babanlının hər bir müraciəti bələdiyyənin diqqətində olub” - Təmraz Tağıyev

vidadi-babanlinin-her-bir-muracieti-belediyyenin-diqqetinde-olub
Oxunma sayı: 4227

Bu gün Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev tanınmış nasir, şair və tərcüməçi, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlını ziyarət edib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə tanınmış ziyalını narahat edən məsələlər ətrafında söhbət aparılıb və həlli ilə bağlı addımlar atılıb.

Təmraz Tağıyev bildirib ki, Vidadi Babanlı kimi yaradıcı şəxsiyyətlər həyatın bütün sevincini istedadın onları məhkum etdiyi ağır zəhmətdən alırlar. Qarşıya qoyduqları amallara yetişmək sözü, zəkası ilə ucalan bu insanlar üçün dünyanın ən böyük xoşbəxtliyidir: “Biz də Nərimanov bələdiyyəsi olaraq inzibati ərazimizdə yaşayan hər bir  tanınmış ziyalı, habelə şəhid və qazi ailələrini daim bələdiyyənin diqqət mərkəzində saxlayır, hər zaman onlara maddi və mənəvi dəstək göstərməyi özümüzə borc bilirik”.

Sədr qeyd edib ki, hazırda ömrünün 97-ci ilini yaşayan Vidadi Babanlı bundan sonra da bələdiyyə tərəfindən hər bir qayğı ilə əhatə olunacaq.

V.Babanlı onun müraciətinə həssaslıqla yanaşdığına görə Nərimanov bələdiyyəsinə təşəkkürünü bildirərək, qonaqlara özunün “Sonuncu ismarıc” adlı kitabını hədiyyə edib.

Görüşdə tanınmış ziyalının qızı Leyli Babanlı və bələdiyyənin şöbə müdiri Nizami Babaşov iştirak ediblər.