Vilayət Eyvazov Hacıqabulda qəbul keçirəcək

vilayet-eyvazov-haciqabulda-qebul-kecirecek
Oxunma sayı: 3463

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 4-də Hacıqabul Rayon Polis Şöbəsində vətəndaş qəbulu keçiriləcək.

“Qafqazinfo” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbulda Hacıqabul, Şirvan, Salyan və Neftçala şəhər və rayonlarının sakinləri iştirak edə bilər.

Qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.04.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.