“Visa” və “Mastercard” Rusiyadakı fəaliyyətini dayandırdı - Kartlar işləməyəcək

visa-ve-mastercard-rusiyadaki-fealiyyetini-dayandirdi
Oxunma sayı: 4523

“Visa” və “Mastercard” Rusiyadakı fəaliyyətini dayandırıb.

Bu barədə “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, Rusiyada buraxılmış “Visa” kartları ilə başlanmış bütün əməliyyatlar artıq ölkə hüdudlarından kənarda işləməyəcək. Rusiyadan kənarda maliyyə institutları tərəfindən buraxılan hər hansı “Visa” kartları isə Rusiya Federasiyasında yararsız olacaq.

Şirkətin yaydığı məlumata görə, “Mastercard” kartları artıq şəbəkə tərəfindən dəstəklənməyəcək, xaricdə buraxılan kartlar isə Rusiyanın satış məntəqələrində və bankomatlarında işləməyəcək.