“Vitse-prezidentin sərrast zərbəsindən sonra üzləri olmamalıdır” - Foto

vitse-prezidentin-serrast-zerbesinden-sonra-uzleri-olmamalidir
Oxunma sayı: 2561

“Qadın paltarında səfirlikdə gizlənən insan sizsiz?..

Bu, lakonik və sərrast ifadəni Mehriban Əliyevadan başqa heç kim bu cür tutarlı və hədəfə dəqiqliklə ünvanlaya bilməzdi.

Bu, sərrastlıq əsl vitse-prezident, birinci xanımın xarakterinin obrazının dəqiqliyidir.

Bu, qadın paltarında xristian bir ölkə səfirliyində gizlənən müsəlman kişiciyə tərs şillədən də ağır təsir gücünə malik yayılım atəşidir.

Hədəfə dəyən ağırlıq zərbəsindən özünü itirərək duruxan “bloqer” geyindiyi zərif cinsin nimdaş etirafını boynuna almaqdan başqa çıxış yolu tapa bilmədi.

Bu incə məqamlardan ortaya çıxan bir reallıq da var: Mehriban xanım hədsiz dərəcədə hər şeydən məlumatlı şəxsdir, həm daxildə, həm də xaricdəki baş verən bütün hadisələrdən, Vətəni pula satan xainlərdən, dollara görə, ən zəngin ailə dəyərlərimizi ayaq altına atan və şər-böhtan yayan şərəfini itirənlərdən xəbərdardır.

Dünən İlham Əliyevə, bu gün isə Mehriban Əliyevaya ünvanladığı sualın qarşılığında aldığı cavab bu şəxslə bərabər, Azərbaycan dövlətinin milli maraqlarını və dəyərini hədəfə alan, aldıran qüvvələrə həm də ciddi mesajdır.

Hüseynov qardaşlarının əllərinə verilən feyk məlumatların sahibləri də bəllidir, ona görə də, Prezidentin və vitse-prezidentin sərrast zərbələrindən sonra həmin qeyri-kişi libaslı şəxslərin üzə çıxmağa üzləri olmamalıdır.

Bu epizod həm də onu əks etdirir ki, Mehriban Əliyeva Azərbaycana qarşı aparılan böhtan kampaniyasına hamıdan daha peşəkarcasına və yerində cavab verir. Etiraf etmək lazımdır ki, ölkəmizdə yüzlərlə ictimai institut, vətəndaş cəmiyyəti, hətta media orqanları xaricdəki bu xainlərin qaralama kampaniyasına yetərli cavab verə bilmirlər.

Ona görə də, Mehriban xanımın bu frazaları Azərbaycanın milli maraqlarını müdafiə edən hər bir şəxs üçün fəaliyyət nümunəsi olmalıdır.

Hər birimiz üçün fəaliyyət nümunəsi...

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev