Xabi Alonsonun Bakıda mətbuat konfransı olmayacaq

xabi-alonsonun-bakida-metbuat-konfransi-olmayacaq
Oxunma sayı: 2120

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Almaniyanın “Bayer” (Leverkuzen) klubunun baş məşqçisi Xabi Alonsonun Bakıda mətbuat konfransı olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb komandanın Azərbaycana noyabrın 8-i axşam saatlarında gəlməsidir.

Leverkuzen təmsilçisi bununla bağlı UEFA-dan xüsusi icazə alıb.

Qeyd edək ki, “Qarabağ” – “Bayer” görüşü noyabrın 9-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.