Xaçınçay su anbarına balıq körpələri buraxılıb - Fotolar

xacincay-su-anbarina-baliq-korpeleri-buraxilib
Oxunma sayı: 1614

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Ağdam rayonu ərazisində növbəti balıq buraxılışı keçirilib.

Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına  200 min çəkikimi balıq körpəsi buraxılıb”, - məlumatda qeyd olunub.