56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd, tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu fevralın 5-də Xaçmaz rayonu Aşağı Ləgər, Seyidlər, Digah, İdrisoba, Fərzəlioba və Kəndxudat kəndlərində bir sıra görüşlər keçirib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.İsrafilov seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində dairə üzrə 70-dən çox kəndin on minlərlə sakini ilə görüşüb, onların bir çoxuna peşəsinə uyğun olaraq pulsuz hüquqi yardım da göstərib.
Kəndlərin sakinləri V.İsrafilovla görüşdə onun seçki platforması ilə tanış olduqlarını, namizədin irəli sürdüyü məsələlərin həqiqətən də onlar üçün aktual problem olduğunu bildirib. Seçicilər əlavə edib ki, tanınmış vəkil V.İsrafilovun seçki platformasına həllini vacib bildiyi məsələlərin sakinlərin istəkləri ilə üst-üstə düşməsi Vasif İsarfilovun özünün də xaçmazlı olmasına bağlıdır. Uzun müddət bu ərazidə yaşayan namizəd V.İsrafilov yerlilərinin bu illər ərzində gördüyü çətinlikləri həm də özünün yaşadığını və sakinlərin yerli adət-ənənələrinə də bələd olduğunu bildirib. V.İsrafilov deputat seçiləcəyi təqdirdə bir xaçmazlı kimi bütün xaçmazlıların millət vəkili olacağını qeyd edib. Seçicilər isə artıq qərarlarını verdiklərini, bu seçkidə birmənalı olaraq yerli namizədə, Vasif İsrafilova səs verəcəklərini bildiriblər.

Vasif İsrafilovun görüş keçirdiyi Seyidlər, Digahoba, Aşağı Ləgər, İdrisoba, Kəndxudat, Fərzəlioba sakinləri kənd məktəbinin tam təmirsiz, istifadəyə yararsız olduğunu, kəndə qaz çəkilməməsini, otlaq sahələrinin olmamasını, suvarma sistemlərində problemin olmasını, içməli sularının olmamasını, kənddə tibb məntəqəsinə və aptekə ehtiyac olduğunu, elektrik xətlərinin və transformatorun yenisi ilə əvəz olunmasını, kəndin yollarının bərbad vəziyyətdə olmasını namizədin nəzərinə çatdırıblar. Həmçinin kənd ərazisində seçki məntəqəsi yaradılmasını, Xudat şəhəri ilə gediş-gəlişin təmin olunması üçün nəqliyyat vasitəsinin yola buraxılmasının vacib olduqunu, uşaqlar və gənclər üçün stadion olmadıqını namizədin nəzərinə çatdırıblar.
Vasif İsrafilov Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi nəzarəti altında ölkədə rayonlarda əhalinin rifahının yüksəldilməsi istiqamətində quruculuq işlərinin sürətlə davam etdiyini görüşdüyü kəndlərin sakinlərinin nəzərinə çatdırıb.
Deputat seçiləcəyi təqdirdə sakinlərin qeyd etdiyi problemlərin tezliklə həll edilməsi üçün müvafiq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini, bu problemlərin həlli istiqamətində xahiş və təkliflərlə ölkə rəhbərliyinə müraciət edəcəyini, deputat olduğu müddətdə əhali ilə sıx görüşlər keçirəcəyini, Xudat şəhərində olan qərargahının həmişə işləyəcəyini, hər bir sakinin fərdi vəkili olaraq problemləri birgə həll edəcəklərini qeyd edib.



Son xəbərlər
Son Xəbərlər