Xaçmazda ağır qəzada 4 nəfər yaralandı - Foto

xacmazda-agir-qezada-4-nefer-yaralandi
Oxunma sayı: 2672

Xaçmazda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Xaçmaz şəhərinin girişində “Mercedes” və “Audi” markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı 1978-ci il təvəllüdlü Ş. Mövsümov, 2003-cü il təvəllüdlü Ş. Mövsümova, 2005-ci il təvəllüdlü A.Mövsümov və 2013-cü il təvəllüdlü Ə. Ələsgərov xəsarət alıblar.

Yaralılar Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov