“Atam hazırda reanimasiyadadır. İndi səhhətində bir balaca irəliləyiş var, bu gün aparata qoşmalıdırlar”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında diktor, xalq artisti Sabir Ələsgərovun qızı Mehriban Ələsgərova deyib:
“Aparatın bir gününün qiyməti 1000 manata yaxındır. Atamın isə neçə gün aparatdan istifadə edəcəyi barədə məlumatım yoxdur. Həkimlər də dəqiq bir söz demirlər. Maliyyə ilə bağlı müəyyən problemlər var. Həkimlər qanı təmizləməklə məşğuldurlar, zəhərlənmə olub. Sabir bəyin yanına heç kəsi buraxmırlar”.
Mehriban Ələsgərova atasının səhhətinə görə prezindet İlham Əliyevə müraciəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Vallah, bu barədə məlumatım yoxdur, bilmirəm. Mən yazanın kimliyini dəqiqləşdirərəm. Şəxsən özüm tərəfindən müraciət olunmayıb”.
Son xəbərlər
Son Xəbərlər