“Xalqlar dostluğu”da sərnişinlər düşürüldü - 4 dəqiqəlik yubanma oldu

xalqlar-dostluguda-sernisinler-dusuruldu
Oxunma sayı: 1194

“Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında ikən qapılardan biri ilə bağlı problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib.

Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülməklə, qatarın xətdən çıxarılması qərara alınıb.

Nəticədə 4 dəqiqəlik yubanma yaranıb.