İşğaldan azad olunan ərazilərdə Yeni il yarmarkaları fəaliyyətə başlayıb - Video

isgaldan-azad-olunan-erazilerde-yeni-il-yarmarkalari-fealiyyete-baslayib
Oxunma sayı: 510

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində bayram ovqatlı “Qış nağılı” adlı yarmarka fəaliyyətə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, yarmarka yanvarın 5-dək davam edəcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçirilən yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkada 30-dək şirkət öz məhsulları ilə təmsil olunur.

Yarmarkalar və konsert proqramları Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarında da təşkil olunub.