Xavi Niderland millisində - Foto

xavi-niderland-millisinde
Oxunma sayı: 292

“Barselona”nın əfsanəvi futbolçusu Xavi Hernandes Niderland milli komandasının yeni baş məşqçisi təyin olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Niderland Kral Futbol Assosiasiyası rəsmi məlumat yayıb.

Məlumata görə, 46 yaşlı ispaniyalı mütəxəssis bu postda Ronald Kumanı əvəzləyib.

Qurumun yaydığı rəsmi açıqlamaya görə, Xavi ilə uzunmüddətli müqavilə imzalanıb. Yeni baş məşqçinin sözləşməsi 2030-cu il Dünya Çempionatının sonuna qədər nəzərdə tutulub.