Xəstəxananın 3-cü mərtəbəsindən yıxılan kişi öldü

xestexananin-3-cu-mertebesinden-yixilan-kisi-oldu
Oxunma sayı: 1841

Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ölən şəxsin - 1976-cı il təvəllüdlü Hidayət Məmmədzadənin xəstəxanada müalicə aldığı və ehtiyatsızlıqdan binanın 3-cü mərtəbəsindən yıxıldığı deyilir.

Faktla bağlı araşdırmalar aparılır.