Xəstəxanaya getmədi, yatdığı yerdə öldü

xestexanaya-getmedi-yatdigi-yerde-oldu
Oxunma sayı: 3369

Abşeron rayon sakini müəmmalı şəkildə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Pirəkəşkül qəsəbə sakini, 1979-cu il təvəllüdlü E.Alıyev dünən saat 01:30 radələrində sərxoş halda evində yıxılaraq başından xəsarət alıb. Ailə üzvləri təcili tibbi yardıma müraciət edib və ona ilkin yardım göstərilib.

E.Alıyev xəstəxanaya getməkdən imtina edib və özünü yaxşı hiss etdiyini bildirib. Saat 07:30 radələrində - yəni hadisədən 6 saat sonra onun həyat yoldaşı 45 yaşlı kişinin yatağında öldüyünü görüb.

Xəbəri rus dilində oxuyun: Сегодня день кончины генерала Мехмандарова

Faktla bağlı araşdırma aparılır.