Xətaidəki yanğında 7 nəfər zəhərlənib - Video - Yenilənib

xetaideki-yanginda-7-nefer-zeherlenib
Oxunma sayı: 3578

Xətai rayonu, Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

***

FHN-dən bildirilib ki, hadisə ilə bağlı əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN-in yaydığı son məlumata görə, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.  

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, mərkəzə Bakı şəhəri, Xətai rayonu, Xocalı 29 ünvanından yanğın səbəbilə çağırış daxil olub: “Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. 

Briqada tərəfindən 7 nəfər (5 böyük, 2 uşaq) tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub”.