Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub - Yenilənib

xirdalanda-evde-qumbara-partlayib
Oxunma sayı: 4768

Baş Prokurorluq Xırdalandakı partlayışla bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

“Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır”, - məlumatda qeyd olunub.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, sentyabrın 14-ü saat 12:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ərazisindən çağırış qeydə alınıb və ünvana təcili tibbi yardım briqadası göndərilib: “12:28-də briqada hadisə yerinə çatıb, lakin xəstə ünvanda tapılmayıb.

Saat 12:44-də Abşeron Təcili Tibbi Yardım Stansiyasının həyətinə vətəndaşlar tərəfindən xəsarət alan şəxs (qadın) gətirilib.

Təcili tibbi yardım briqadası tərəfindən onun ölüm faktı qeydə alınıb”.