Xırdalanda parkda intihar

xirdalanda-parkda-intihar
Oxunma sayı: 2498

Xırdalan şəhərində intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1990-cı il təvəllüdlü Fərid Vaqif oğlu Kərimov özünü Abşeron Mədəniyyət Evinin arxasında yerləşən parkdakı söhbətkeşdən asıb. Onun meyiti axşam saat 20 radələrində aşkar edilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.