Xocalı abidəsini ziyarət etmək istəyən erməni - Bakıya buraxılıb

xocali-abidesini-ziyaret-etmek-isteyen-ermeni-
Oxunma sayı: 4193

Məşhur erməni hüquq-müdafiəçisi Vahe Avetyanın Bakıya gəlməsi ilə bağlı dünən xəbər vermişdik. Lakin Vahe Avetiyanın aeroportdan bu dəfə də buraxılıb-buraxılmadığı bilinmirdi.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Avetiyan ikinci cəhdində ölkəyə girişə nail ola bilib. Belə ki, ona bir neçə günlük Bakı şəhərində qonaq olmağa icazə verilib. Hazırda erməni hüquq-müdafiəçisi Bakı şəhərindədir və paytaxtın görməli yerləri ilə tanış olur. Onun burada mətbuata çıxacağı da gözlənilir. 

Qeyd edək ki, Sarkisyan rejiminin qatı tənqidçisi olan Avetisyan daha əvvəl də Bakıya səfərə gəlmiş, lakin aeroportdan buraxılmamışdı. O, eyni zamanda  Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunda olduğunu ifadə etmişdi.

Avetisyan Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyən ilk ermənilərdəndir.