Xocalı sakinləri Goranboyda qəzaya düşdü - 3 yaralı - Foto

xocali-sakinleri-goranboyda-qezaya-dusdu
Oxunma sayı: 405

Goranboy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, “VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü, Xocalı rayon sakini 1998-ci il təvəllüdlü Fərid Əliyev, eləcə də maşında olan sərnişinlər - 1971-ci il təvəllüdlü Təranə Əliyeva və 1989-cu il təvəllüdlü Şəlalə Şadmanova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev