Xosedən gözlənilməz qərar - Hər kəsi yanıltdı

xoseden-gozlenilmez-qerar
Oxunma sayı: 7953

ATV-də yayımlanan “Maşın” realiti-şousunun altıncı günündə aparıcı Xose Bernardo SMS səsverməsinə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, o, qalib olacağı təqdirdə, hamının ürəyincə olacaq bir qərar verəcəyini bildirib.

Səsvermə nəticələrinə əsasən, 89.49 faiz səs toplayan aparıcı aktyor Allahverdi Yolçuyevi oyundan kənarlaşdırıb. Onun bu qərarı isə hər kəs üçün gözlənilməz olub.