Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Xidmətin 30 illik yubileyi münasibətilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Xidmətin rəisi və rəhbər heyət Xidmətin inzibati binasının foyesində Ulu öndərə həsr olunmuş guşəyə baxış keçirərək, Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyulub.
“Qafqazinfo” xəbər verir ki, daha sonra Xidmətin inzibati binasında təntənəli yubiley mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general – leytenant İlqar Musayev ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarması, müdrik və uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə xüsusi diqqət yetirməsi və Xidmətin yaranması haqqında ətraflı məlumat verib. O, qeyd etmişdir ki, Ulu Öndərin 23.08.1993 -cü il tarixli 734 nömrəli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti yaradılmış, onun əsasında isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 16.03.2020-ci il tarixli 957 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb.
Sonra Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi Xidmətin bir sıra əməkdaşlarının təltif olunması haqqında Azərbaycan Prezidentinin Sərəncamlarını oxuyaraq, bu münasibətlə təltif olunanları təbrik edib.
Tədbirin sonunda Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kollektivi adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul edilib.




Son xəbərlər
Son Xəbərlər