Yaponiyanın Baş naziri seçkiqabağı təşviqatda xəsarət aldı

yaponiyanin-bas-naziri-seckiqabagi-tesviqatda-xesaret-aldi
Oxunma sayı: 254

Yaponiyanın Baş naziri, Liberal Demokrat Partiyasının (LDP) lideri Sanae Takaiçi seçki kampaniyası zamanı əlindən zədə alıb və televiziya debatlarında iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə partiyanın məlumatlarına istinadən yerli NHK telekanalı xəbər yayıb.

Takaiçini LDP-nin siyasi şurasının liderlərindən biri əvəz edəcək.

Qeyd edək ki, Yaponiya parlamentinin əsas aşağı palatasına seçkilər fevralın 8-nə təyin edilib.