Binədə avtobusla qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34-ə çatıb.
"Qafqazinfo"nun 3 saylı Şəhər Kliniki Xəstəxanasında olan əməkdaşı bildirib ki, hazırda bu xəstəxanaya 14 kişi, 13-ü qadın olmaqla 27 nəfər gətirilib:
"Yaralıların 5-i uşaqdır. İkinci kurs tələbəsi Ağayeva Rübay və 32 yaşlı Mehtiyev Aslanın səhhəti normaldır. Xəstələr kəllə beyin travması diaqnozu ilə qəbul edilib".
***
Yaralılar arasında Qənirə adlı xanımla 3 yaşlı uşağı da var. Uşağın üzü və əli əzilib, ananın isə boynu sınıb.
***
3 saylı Şəhər Kliniki Xəstəxanasının həkim-travmatoloqu Ədalət Abdullayev xəstələrin bir qisminə ilk tibbi yardım göstərildiyini, digərlərinin ambulator müalicəsinin aparıldığını bildirib
“Reanimasiyaya 3 nəfər yerləşdirilib. Xəstəxanaya gətirilən 6 uşaqdan biri vəfat edib. Dünyasını dəyişən 12-13 yaşlarında oğlandır, şəxsiyyəti məlum deyil”, - deyə həkim söyləyib.
Murad Əhməd
Video: Pərvin Zeynal


Son xəbərlər
Son Xəbərlər