Yasamalda 8-ci mərtəbədən yıxılan oğlan öldü

yasamalda-8-ci-mertebeden-yixilan-oglan-oldu
Oxunma sayı: 904

Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 9-u saat 11 radələrində qeydə alınıb.

1996-cı il təvəllüdlü Anar Zahir oğlu Ağayev yaşadığı X.Mustafayev küçəsi 443 ünvanındakı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

O aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.