Yasamalda əmək yarmarkası keçirilib - Fotolar

yasamalda-emek-yarmarkasi-kecirilib
Oxunma sayı: 1474

Noyabrın 22-də Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında əmək yarmarkası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əmək yarmarkasının əsas tərəfdaşı olan “Venta Company” MMC tərəfindən 28 vəzifə üzrə 525-dən çox vakansiya təqdim olunub.

Yarmarkada 100-ə yaxın aktiv iş axtaran vətəndaş iştirak edib və qeydiyyata alınıb.

Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.