Yasamalda silahlı insident - 2 nəfər yaralandı - Yenilənib

yasamalda-silahli-insident
Oxunma sayı: 9258

Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.

“Qafqazinfo” “Bakupost”a istinadən xəbər verir ki, bu gecə baş verən silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatı araşdırılır.

Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri görülür.

***

“Qafqazinfo”nun məlumatına görə, hər iki şəxs ayaq nahiyələrindən güllələniblər. Həyatları üçün təhlükə yoxdur.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 07:00 radələrində xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü 2 nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.