“Yaxın gələcəkdə iqlim dəyişikliklərinin artacağı proqnozlaşdırılır” - Yenilənib

yaxin-gelecekde-iqlim-deyisikliklerinin-artacagi-proqnozlasdirilir
Oxunma sayı: 1590

“İşğaldan azad edilmiş ərazilərdə karbon neytrallığına nail olmaq bizim hədəfimizdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

O qeyd edib ki, ölkənin strateji sənədlərində və dövlət proqramlarında bu yer alıb.

U.Tağıyeva əlavə edib ki, son zamanlar iqlim dəyişmələri nəticəsində bütün ölkələrdə təbii fəlakətlər yaşanır: “Noyabr ayında qonşu ölkələrdə müşahidə olunanlar da bunun nə dərəcədə vacib olduğunu göstərir. Ölkələrin iqtisadiyyatları itki ilə üzləşir. Yaxın gələcəkdə iqlim dəyişikliklərinin artacağı proqnozlaşdırılır”.

***

Umayra Tağıyevanın sözlərinə görə, Azərbaycan yaşıllaşdırma üzrə regionda lider ölkələrdən biridir.

O qeyd edib ki, bu ilin bu gününə kimi ETSN tərəfindən iki milyona yaxın ağac əkilib:

“Ağacəkməyə dövlət qurumları, QHT-lər və digər vətəndaşlar qoşulur. Bu, çox sevindirici haldır”.

***

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Bəhruz Nuriyev isə bildirib ki, iqlim dəyişmələrinə görə yeni heyvan sortlarının yetişdirilməsi əsas məsələlərdəndir. İqlim dəyişmələri məhsuldarlığa təsir göstərir.

Onun sözlərinə görə, temperaturun dəyişməsi və quraqlıq heyvanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur: “Buna görə də yeni heyvan sortlarının yetişdirilməsi əsas məsələlərdəndir”.

Gülnar Əliyeva