Yaxın Şərqə səfər edəcəyini açıqladı

yaxin-serqe-sefer-edeceyini-aciqladi
Oxunma sayı: 796

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında nizamlama üzrə danışıqlarla əlaqədar oktyabrın 11 və ya 12-də Yaxın Şərqə səfər edə biləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Amerika liderinin sözlərinə görə, danışıqlar uğurla gedir və razılığa gəlmək üçün böyük şans var.

“Yəqin ki bu həftənin sonunda gedəcəyəm. Səfər bazar, bəlkə də, şənbə günü baş tuta bilər”, - o qeyd edib.