Yeltsinin yaxın adamı Bakıda vəfat etdi

yeltsinin-yaxin-adami-bakida-vefat-etdi
Oxunma sayı: 6933

Bu gün günorta saatlarında Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsinin müttəfiqi, keçmiş dövlət katibi Gennadi Burbulis 77 yaşında Bakıda vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən verir ki, bu haqda onun ailəsi məlumat yayıb.

Burbulisin sözçüsü Andrey Markov “İnterfaks”a bildirib ki, RSFSR-in keçmiş dövlət katibi xəstə deyildi:

“Özünü yaxşı hiss edirdi və IX Qlobal Bakı Forumunda yenicə iştirak edib ”.

Qeyd edək ki, Gennadi Eduardoviç Burbulis Boris Yeltsinin prezidentliyinin əvvəlində ən yaxın silahdaşlarından biri olub. 1991-1992-ci illərdə dövlət katibi və Rusiya Baş nazirinin birinci müavini vəzifələrində çalışıb.