Yeni il gecəsi qarlı hava şəraiti Naxçıvan Muxtar Respublikasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar, Şahdağ, Lerik, Yardımlı rayonlarında gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, göstərilən rayonlarda havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi yerlərdə 8-13 dərəcə şaxta təşkil edəcək.
Dekabrın 31-i axşam və yanvarın 01-də respublikanın dağlıq və dağətəyi rayonlarında gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq. Nazirlik sürücüləri yollarda diqqətli olmağa çağırıb.
Son xəbərlər
Son Xəbərlər