Dünya ölkələrinin diqqətlə izlədiyi 2023 Formula 1 Azərbaycan Qran Prisi bu il də maraqlı və xoş təəsüratlarla yadda qaldı. Xüsusilə də avtomobil sektorunun eko-dost seqment hesab olunan Volkswagen plug – in hibrid modellərinin bu turnirdə yarışa nəzarət avtomobilləri olaraq yer alması ekoloji cəhətdən təmiz və təhlükəsiz olan bu modellərin önəminin qlobal miqyasda getdikcə daha da artdığından xəbər verir.
2023 Formula 1 Azərbaycan Qran Prisində Volkswagen brendinin çox sevilən və xüsusən də bu il avtomobil həvəskarlarının özəlliklə maraq göstərdiyi yeni model Tayon plug-in hibrid və yeni model Passat plug-in hibrid modellərinin bu mötəbər turnirə kifayət qədər dəyər qatdığını əminliklə deyə bilərik.
Bu avtomobillərin hər 100 km üzrə minimal karbon emissiyası, yanacağa daha çox qənaət etməsi, çoxfunksiyalı idarəetmə sistemi, təhlükəsizliyi onların müasir tələblərə uyğun olmasından xəbər verir. Turnirin yarış avtomobilləri qismində çıxış edən Volkswagen Tayron plug – in hibrid və Passat plug – in hibrid çevik manevr imkanları ilə izləyicilərin daima diqqətindədir.
Hər zaman müştəri məmnuniyyətinə önəm verən Volkswagen Azərbaycan istehlakçıların bu avtomobilləri asanlıqla əldə edə bilməsi üçün yeni model Tayron plug – in hibrid və yeni model Passat plug – in hibrid modellərini
tələblərə uyğun satış, kredit, lizinq və barter şərtləri əsasında təklif edir.
Texniki servis heyətinin yüksək ixtisaslı ustaları avtomobillərə yüksək səviyyəli texniki xidmətin göstərilməsini həyata keçirir.
Volkswagen brendinin bu modellərini Volkswagen Azərbaycan avtosalonundan əldə edə bilərsiniz. Avtosalonun mehriban və gülərüz personalı daima sizin xidmətinizdədir.
Video material:
https://fb.watch/kf7iRv_uW5/?mibextid=Nif5oz Volkswagen Passat
https://fb.watch/kf7o642eay/?mibextid=Nif5oz Volkswagen Tayron
Ünvan: Bakı şəhəri, Nəcəfqulu Rəfiyev keçəsi 29
Əlaqə: *0999









Son xəbərlər
Son Xəbərlər