Yeni virus daha bir ölkəyə “ayaq açdı”

yeni-virus-daha-bir-olkeye-ayaq-acdi
Oxunma sayı: 2867

Rusiyanın Sankt-Peterburq şəhərində iki nəfər koronavirusa yoluxub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, onlardan biri Çin vətəndaşıdır.

Moskvada isə daha bir nəfər koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Türkiyənin Ordu şəhərində də bir nəfər qripdən dünyasını dəyişib. Onun koronavirusa yoluxub-yoluxmadığı analizlərdən sonra bilinəcək.

Qeyd edək ki, sətəlcəmin ağır növü olan koronavirusa yoluxan 473 nəfərdən 17-si dünyasını dəyişib.