Yeni Yasamalda 8-ci mərtəbədən yıxılan kişi öldü

yeni-yasamalda-8-ci-mertebeden-yixilan-kisi-oldu
Oxunma sayı: 814

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu gün gecə saat 01 radələrində Mingəçevir şəhər sakini 1986-cı il təvəllüdlü Rəvan Elbrus oğlu Abdurahmanov Yeni Yasamalda kirayə yaşadığı evin eyvanından yıxılıb.

Məhəmməd Xiyabani küçəsi 33 ünvanındakı 18 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılan şəxs hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.