Yeniyetmə oğlunun bıçaqladığı qadın öldü

yeniyetme-oglunun-bicaqladigi-qadin-oldu
Oxunma sayı: 4631

Ağdaşda 10 gün əvvəl yeniyetmə oğlu tərəfindən bıçaqlanan 42 yaşlı qadın vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, ağır vəziyyətdə Bakıda xəstəxanaya yerləşdirilən S.H-nin həyatını xilas etmək mümkün olmayıb.

Həmçinin bu xəbəru oxuyun: Миная Борхерт: Много раз повторяла о том, что Карабах является территорией Азербайджана

Qeyd edək ki, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır. Yeniyetmə istintaqa cəlb edilib.