Yerusəlimdə silahlı şəxslər sərnişinlərə atəş açıb - 6 ölü

yeruselimde-silahli-sexsler-sernisinlere-ates-acib
Oxunma sayı: 1444

Yerusəlimdə iki nəfər avtobus dayanacağında insanlara atəş açıb.

“Qafqazinfo” “The Times of Israel”ə istinadən xəbər verir ki, hadisə Ramot bölgəsində qeydə alınıb. 

İnsident nəticəsində 6 nəfər həlak olub, daha 6 nəfər isə ağır yaralanıb. 

Qəzet yazır ki, atəş açanlar zərərsizləşdirilib. 

İlkin məlumata görə, silahlı şəxslər avtobusa daxil olub və sərnişinlərə atəş açmağa başlayıblar.