80-ci illərin “Yeşilçam” filmlərinin məşhur aktyoru Tolqa Savacı dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, Savacının qəfil ölümünü həyat yoldaşı Nermin Bezmen sosial media hesabından açıqlayıb.
Məşhur aktyorun 60 yaşında ürəktutmasından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, T. Savacı aktyorluğa 1985-ci ildə “Arzu” filmi ilə başlayıb, son çəkildiyi isə “Kurt Seyit ve Şura” serialı olub. Bundan başqa aktyor “Sekreterler”, “Fatih Harbiye”, “Kırmızı İşık”, “Omuz-omuza”, “Dersimiz: Atatürk”, “Samanyolu” kimi film və seriallarda rol alıb.