Yevlaxda ağır qəza - Nəvə öldü, babanın vəziyyəti ağırdır

yevlaxda-agir-qeza
Oxunma sayı: 241

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektdə yüksək sürətlə hərəkətdə olan minik avtomobilinin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol keçən piyadaları – baba və nəvəni şəkildə vurub.

Zərbənin gücündən azyaşlı nəvə aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Baba isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı