Yılmaz Atadeniz koronavirusdan vəfat etdi

yilmaz-atadeniz-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 2474

Türkiyənin məşhur rejissoru Yılmaz Atadeniz vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, 91 yaşlı rejissor 1 həftə əvvəl xəstəxanaya yerləşdirilib və həkimlər ona koronavirus diaqnozu qoyub. 

Qeyd edək ki, Atadeniz "Ölmək var, dönmek yoxdur", "Kobra", "Atamı axtarıram", "Gülom", "Acılar", "Yalvarış" filmlərinin ssenari müəllifi olub.