Yol polisi Aslan Aslanovun oğlunu saxlayıb- - Maşının fotoları+Yenilənib

yol-polisi-aslan-aslanovun-oglunu-saxlayib-
Oxunma sayı: 15783


"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, 10 DO 007 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün sərxoş olduğu, eyni zamanda sənədlərin qaydasında olmadığı müəyyənləşib. Buna görə də, avtomobil 3-cü mikrorayonda yerləşən cərimə meydançasına aparılıb. 

Sonradan məlum olub ki, avtomobili idarə edən şəxs Kənd Təsərrüfatı nazirinin keçmiş müavini, son zamanlar “Lamiyə olayı” ilə diqqət mərkəzində olan Aslan Aslanovun oğlu Turqay Aslanovdur. 

Əslində, həmin avtomobil 2008-2013 illərdə Turqay Aslanovun adına olsa da, 2013-cü ildə Allahverdiyev Valeh Ramazan oğluna etibarnamə verilib. Amma sayı məhdud, təxminən 300 min dollar dəyərində olan ağ rəngli “Bentley” daima Turqay Aslanov tərəfindən idarə olunub. 

Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Turqay Aslanov hazırda Ədliyyə Nazirliyinin İstintaq idarəsinin müstəntiqi vəzifəsində çalışır.

Fotoları oxu.az saytı yayıb.

***

Şəmkirin sabiq icra başçısı Aslan Aslanov yayılan xəbərlərə münasibət bildirib. O, “Haqqın.az”a açıqlamasında Bentley markalı avtomobilin oğluna məxsus olmadığını qeyd edib: “Mən araşdırdım. Bu avtomobil hansısa Allahverdiyev Valeh Ramazan oğluna məxsusdur”.