Yük maşını yanacaqdoldurma məntəqəsinə çırpıldı - Video-Yenilənib

yuk-masini-yanacaqdoldurma-menteqesine-cirpildi
Oxunma sayı: 2096

Bakının Nizami rayonunda yanacaqdoldurma məntəqəsində qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 04:00 radələrində Mehdi Abbasov küçəsində qeydə alınıb.

SOCAR-a məxsus yanacaq daşıyan yük avtomobili və “KIA” markalı minik avtomobili idarəetmədən çıxaraq yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.

İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 03:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonundan çağırış qeydə alınıb:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar”.

Ziya Əmirxanlı