Zaqataladan Gürcüstana keçmək istəyən əcnəbilər tutuldu - Foto

zaqataladan-gurcustana-kecmek-isteyen-ecnebiler-tutuldu
Oxunma sayı: 3152

Dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olan şəxslər saxlanılıb.

“Qafqazinfo” DSX-nin Mətbuat mərkəzinə istinadən xəbər verir ki, hadisə fevralın 5-də saat 19:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşları 1967-ci il təvəllüdlü Mohammed Ameen və 1997-ci il təvəllüdlü Deepak saxlanılıblar.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.