Zaxarova ona “Xarı Bülbül” nişanının verilməsindən danışdı

zaxarova-ona-xari-bulbul-nisaninin-verilmesinden-danisdi
Oxunma sayı: 6394

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Soçidə keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində Azərbaycan nümayəndə heyəti üzvünün ona “Xarı Bülbül” döş nişanını hədiyyə etməsinə münasibət bildirib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Zaxarova bu barədə bu gün keçirdiyi həftəlik brifinqdə danışıb.

O, sözügedən nişanın hədiyyə edilməsi məsələsinin siyasiləşdirilməməsinə çağırış edib və bu məsələnin sosial şəbəkələrdə səs-küyə səbəb olmasını təxribat adlandırıb.

Onun sözlərinə görə, müxtəlif ölkələrin nümayəndə heyətlərindən üzərində öz simvolları olan çox sayda hədiyyələr alıb: “Bu o demək deyil ki, hər şeyi siyasiləşdirmək lazımdır. Hansısa fikirlə razıyam, nə isə barədə ilk dəfə eşidirəm, nə iləsə razılaşmaya bilərəm. İnsanlar onları narahat edən məsələlər barədə danışırlar. İnsanların onlar üçün vacib olan simvolları hədiyyə etməsi tamamilə normal hadisədir”.