Zəfər Günü Naftalanda da qeyd edildi - Fotolar

zefer-gunu-naftalanda-da-qeyd-edildi
Oxunma sayı: 932

Bu gün bütün bölgələrdə olduğu kimi Naftalanda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr - Zəfər Günü böyük təntənə ilə qeyd olunur.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, tarix elmləri doktoru, “Əməkdar elm xadimi” Solmaz Rüstəmova-Tohidin, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları iştirak edib.

İlk olaraq Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən foto-eksponatlara, zəfər təntənəsini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə çıxış edənlər xalqımızı Zəfər Günü münasibətilə təbrik edib. Bildirilib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 il davam edən işğala 44 gündə son qoyub, düşməni əzəli torpaqlarımızdan qovub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. İcra başçısı əldə olunan qələbənin nəinki Azərbaycan, həmçinin dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biri olduğunu bildirib.

Tədbir “Zəfərin mübarək, qüdrətli vətən!” adlı konsert proqramı ilə davam etdirilib. Sonra zəfər bayramı münasibətilə İcra Hakimiyyəti və millət vəkili tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına ziyafət verilib.