Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın administrasiyası tərəfindən hazırlanmış münaqişənin həlli üçün sülh planını Amerika tərəfdən rəsmən alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.
“Ukrayna prezidenti xalqımız üçün vacib olan fundamental prinsipləri qeyd etdi və bugünkü görüşün yekunlarına görə (Kiyev və Vaşinqtondan olan nümayəndələr) planın bəndləri üzərində müharibənin layiqincə başa çatmasına gətirib çıxaracaq şəkildə işləməyə razılıq verdilər”, - deyə məlumatda bildirilir.
Son xəbərlər
Son Xəbərlər