Bu hərəkəti tənqidə səbəb oldu - Video

bu-hereketi-tenqide-sebeb-oldu
Oxunma sayı: 770

Fransa milli komandasının ulduzu Kilian Mbappenin Kolumbiya ilə yoldaşlıq görüşündə komanda yoldaşı Nqolo Kantedən kapitanlıq sarğısını alması sosial mediada böyük səs-küyə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə martın 29-da Fransanın 3:1 hesablı qələbəsi ilə başa çatan matçın 78-ci dəqiqəsində yaşanıb.

Belə ki, meydana ehtiyat oyunçular skamyasından daxil olan Mbappe Rayan Çerki vasitəsilə həmin an meydanda ad gününü qeyd edən Kanteyə xəbər göndərərək sarğını təhvil verməsini istəyib.

Oyunun bitməsinə cəmi 10 dəqiqə qalmış baş verən hadisə azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. “X” və “Instagram” kimi platformalarda bir çox istifadəçi Mbappenin bu addımını Kanteyə qarşı “hörmətsizlik” kimi qiymətləndirib. Digər tərəf isə bunun komandadaxili adi protokol olduğunu və əsas kapitan meydana daxil olduqda sarğını götürməli olduğunu müdafiə edib.

Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın qrup mərhələsində I qrupunda yer alıb. Fransızlar iyunun 16-da Seneqal, 22-də İraq, 26-da isə Norveçlə qarşılaşacaqlar.