NATO xarici işlər nazirləri bu tarixdə görüşəcək

nato-xarici-isler-nazirleri-bu-tarixde-gorusecek
Oxunma sayı: 222

Mayın 21-22-də İsveçdə NATO xarici işlər nazirlərinin görüşü keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Alyansın Brüsseldəki mənzil-qərargahı məlumat yayıb.

Şimali Atlantika Şurasının iclası İsveçin Helsinqborq şəhərində keçiriləcək və ona NATO-nun baş katibi Mark Rutte sədrlik edəcək.

Tədbirlərin tam proqramı hələ məlum deyil.