Zelenski ilə Baydenin telefon danışığı oldu

zelenski-ile-baydenin-telefon-danisigi-oldu
Oxunma sayı: 2105

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski Tvitter səhifəsində yazıb: 

“Mən ABŞ Prezidenti ilə son saatlardakı hadisələri müzakirə etdim. Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasına başlayırıq. Britaniyanın Baş naziri Boris Consonla da söhbətimiz planlaşdırılır”.

Ağ Ev bildirib ki, Zelenski ilə Bayden arasında söhbət 35 dəqiqə davam edib.